“Sportinq”in qapıçısı “Napoli”də

“Sportinq”in qapıçısı “Napoli”də
XƏBƏR 23 May 2018 / 00:31 2506
-  A +

“Napoli” heyətini yeni qapıçı ilə gücləndirir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Sportinq”in qolkiperi Ruy Patrisiu karyerasını Neapol təmsilçisində davam etdirəcək.

30 yaşlı qolkiper Portuqaliya millisinin düşərgəsindən ayrılaraq tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün İtaliyaya yollanıb.

Patrisiu yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. Onun yeni iş yerindəki illik qazancı 2 milyon avro təşkil edəcək.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı