Samir Əliyev “Səbail”dən ayrıldı

Samir Əliyev “Səbail”dən ayrıldı
ÖLKƏ FUTBOLU 23 May 2018 / 00:00 3708
-  A +

Bu gün "Səbail" PFK-nın rəhbərliyi və baş məşqçi Samir Əliyev arasında görüş keçirilib.

Qol.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə “Səbail”in Topaz Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb.

Qarşılıqlı razılıq əsasında Samir Əliyevin "Səbail" PFK-nın baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

"Səbail" PFK Samir Əliyevə klubun baş məşqçisi kimi fəaliyyətinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın