"Ronaldonu Salaha dəyişmərəm" – Zidan

"Ronaldonu Salaha dəyişmərəm" – Zidan
XƏBƏR 22 May 2018 / 17:39 4731
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Liverpul"la oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, o, Kriştiano Ronalda və rəqib oyunçu Məhəmməd Salahla bağlı danışarkən bildirib: "Mən Ronaldonu Salahla dəyişə bilərəm? Xeyr. Bizdə Kriştiano var və ancaq öz oyunçularım haqqında danışıram. Rəqiblərimiz haqda danışa bilmərəm. Bilmirəm, onlar nə düşünürlər. Onu deyə bilərəm ki, biz həmişə udmaq arzusundayıq".

O deyib ki, kluba xarakterik olan coşğu və arzu ilə oynayacaqlar: "Kimsə bizim qələbəyə başqalarından daha az ac olduğumuzu deyə bilməz. Biz "Real"ıq. Hər zaman daha çoxunu istəyirik. İstədiyimizə nail olmaq üçün bütün gücümüzü verəcəyik".

Qeyd edək ki, "Real" - "Liverpul" görüşü mayın 26-ı keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı