İlqar Qurbanov 9 il sonra milliyə qayıtmasından danışdı

İlqar Qurbanov 9 il sonra milliyə qayıtmasından danışdı
ÖLKƏ FUTBOLU 22 May 2018 / 12:55 3552
-  A +

"Sevindirici haldır ki, yenidən milli komandaya dəvət aldım. Mənə göstərilən etimadı doğrultmağa və yığmada layiqincə çıxış etməyə çalışacam".

Bu sözləri Qol.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov deyib. Uzun fasilədən - 9 ildən sonra milli komandaya dəvət alan 30 yaşlı futbolçu təəssüratlarını bölüşüb:

"Milliyə dəvət aldığımı mükafatlandırma mərasimindən sonra bildim. Uşaqlardan kimsə xəbər verdi, amma yadımda deyil. Milli komanda elə bir yerdir ki, hər zaman orda oynamağa hazır olmalısan. Mən də əlimdən gələni edəcəm, canla-başla oynayacam ki, komandaya xeyirim dəysin".

Sonuncu dəfə 2009-cu ildə "Andorra"nı səfərdə məğlub etdiyimiz yoxlama oyununda millinin formasını geyinən İlqar onu yenidən yığmaya qaytaran Qurban Qurbanovla hələlik bu barədə danışmadığını bildirib: "Hələlik Qurban müəllimlə söhbətimiz olmayıb. Milli barədə danışmamışıq. Yenidən yığmanın formasını geyinəcəyim üçün sevincliyəm. Öz oyunumu oynayacam. Növbəti toplanışlarda çağırılıb-çağırılmayacağımı bilmirəm. Əsas odur ki, millidə komandaya xeyir verə bilən futbolçular oynasın".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı