"Kintana üzr istədi" - Cavid Hüseynov

"Kintana üzr istədi" - Cavid Hüseynov
GÜNDƏM 21 May 2018 / 22:03 5629
-  A +

"Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin kapitanı Cavid Hüseynov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, meydandan qovulduğu epizod haqda da danışıb: "Yenə də problem yoxdur (gülür). Millidən kənarda qalmaq? Həyatda hər şey mümkündür. Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə özünü araya soxursan? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi".

C.Hüseynov  Azərbaycan Kubokunun finalına "Keşlə"yə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bildirib: "Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdır. Final bir oyundan ibarətdir. Gərgin və maraqlı görüş olacaq".   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord