Rəşadla Cavid kəllə-kəlləyə gəldi

Rəşadla Cavid kəllə-kəlləyə gəldi
XƏBƏR 21 May 2018 / 20:06 7384
-  A +

Topaz Premyer Liqasının 28-ci-sonuncu turunda "Qəbələ" və "Qarabağ" arasında keçirilən matçıda fasilə ərəfəsində insident baş verib.
 
Qol.az-ın məlumatına görə, "Qəbələ"nin kapitanı Cavid Hüseynov Ağdam klubunun futbolçusu Dani Kintana ilə toqquşub və onun sifətinə dirsək zərbəsi endirib. Olaya müdaxilə edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov 30 yaşlı yarımmüdafiəçiyə etiraz edib. Bu zaman "Qəbələ"nin oyunçusu R.Sadıqovun da qolundan itələyib.
 
Baş hakim Rəşad Əhmədov baş verənlərə görə C.Hüseynovu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
 
Qeyd edək ki, ilk hissədən sonra "Qarabağ" 1:0 hesabı ilə qalib gəlir.

Son xəbərlər