Nainqqolan millidən getdi

Nainqqolan millidən getdi
XƏBƏR 21 May 2018 / 16:25 3568
-  A +

Belçika millisinin üzvü Raca Nainqqolan yığmadakı karyerasını bitirib.

Qol.az-ın xəbərinə görə, “Roma”nın yarımmüdafiəçisi bunu şəxsi İnstaqram hesabında açıqlayıb.

30 yaşlı yarımmüdafiəçi dünya çempionatı üçün açıqlanan millinin heyətində yer alamıyıb. Baş məşqçi Roberto Martinesin bu qərarından sonra futbolçu milli karyerasını bitirmək qərarına gəlib.

Qeyd edək ki, 2009-cu ildən Belçika millisinə dəvət alan Nainqqolan 29 oyuna 6 qol vurub.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı