Rüfət Dadaşov sıraya döndü

Rüfət Dadaşov sıraya döndü
XƏBƏR 21 May 2018 / 11:34 1754
-  A +

Almaniyanın "Dinamo" klubunun azərbaycanlı futbolçusu Rüfət Dadaşov Berlin kubokunun finalında meydana çıxa bilər.

Qol.az-ın "berliner-kurier.de" saytına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Rene Ridleviç məlumat verib. Onun sözlərinə görə, zədəsini yenicə sağaldan millimizin sabiq forvardı "Berliner"lə həlledici qarşılaşmada oynamaq istəyir:

"O, cəmi 1 həftədir məşqlərə başlayıb. Özü də finalda oynamaq istəyir. Amma yenidən zədələnməsindən qorxuruq. Ona görə də gözləməli və dizin gərginliyə necə reaksiya verdiyini görməliyik. Komandada əhval-ruhiyyə yüksəkdir. Rüfətlə və ya Rüfətsiz, kuboku yenidən qazanmalıyıq".

Qeyd edək ki, 26 qolla çempionatın bombardiri olan millimizin sabiq üzvü aprelin 8-də 27-ci turun “Halberstadt”la (4:2) oyununda zədələnmişdi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın