"Zirə" klubunun fəxri prezidenti Orxan Məmmədov səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə yenərək, 4-cü yeri tutduqları Azərbaycan Premyer Liqasının 28-ci tur matçından sonra brifinq keçirib. Qol.az-ın “report”a istinadən yaydığı xəbərə görə, klub rəsmisi jurnalistlərin suallarını cavablandırıb
- Biz rəhbərlik olaraq axıra kimi komandamızın arxasında durmuşuq. İnanırdıq. İkinci dövrə bizim üçün çox çətin başladı. Gözlənilməyən nəticələr oldu. Amma futbolçular sona kimi vuruşdular. Axıra yaxın çevriliş edə biləcəyimizə şübhəm yox idi. Hər şey bizim əlimizdə deyil. İnanırıq ki, kubokun finalında şad xəbər eşidəcəyik. Komanda Avropa Liqasına gedəcək və hədəflərinə çatacaq.
- Komanda uzun müddət büdrədi. Baş məşqçiyə isə etimad göstərməyə davam etdiniz. Qəbələdən şad xəbər gəlməsə, Ayxan Abbasovla davam edəcəksiniz?
- Əlbəttə. Futbol çətin oyundur. Həmişə hədəfə doğru gedəndə gözlənilməz nəticələr olur. Biz isə rəhbərlik olaraq məşqçinin arxasındaydıq. Ona inanırıq. Şəxsən mən özüm inanıram. Nəticədən asılı olaraq növbəti mövsüm üçün müzakirə aparacağıq.
- Qışdan sonrakı uğursuzluqla bağlı komandada zədəli, cəzalı futbolçular oldu. Transferlərə də ehtiyac var idi. Növbəti mövsüm üçün transferlər barədə nə düşünmüsünüz?
- Düzgün vurğuladınız. Qış fasiləsindən sonra komandada çoxlu zədəli və cəzalı futbolçular oldu. Bu isə bizim nəticələrə öz təsirini göstərdi. Ehtiyat oyunçular skamyasında az futbolçu var. Biz Avropa Liqasına vəsiqə qazanası olsaq, transfer məsələsinə baxılacaq. Heyətimiz güclənməyə doğru gedəcək.
- Qəbələdə "Keşlə" qalib gəlsə, bugünkü sevinc ürəyinizdə qalmış kimi olacaq. Bu komanda üçün bir zərbə ola bilərmi?
- 11 oyun yaxşı nəticə əldə edə bilmirdik. Həmin oyunlardan sonra çevriliş etmək uğurdur. Ona görə mən inanmıram ki, bizim sevincimizə nəsə mane ola bilər. Ötən il olduğu kimi Avropa Liqasında oynamaq istəyirik. Bizim sevincimizi heç bir şey pozmayacaq.
- Rəhbərlik olaraq baş məşqçi ilə görüşünüz kubok oyunundan sonra olacaq?
- Kubok oyunundan sonra qərar verəcəyik.
- "Zirə" klubunun imic baxımından dəyişiklik layihələri varmı?
- Bəli, bəzi layihələrimiz var. Bizim futbolumuz irəliləməyə doğru gedir. Ölkə rəhbərliyinin siyasəti futbolun inkişafına təkandır. Biz də "Zirə" olaraq buna öz töhvəmizi vermək istəyirik.
- Kubokun finalı üçün Qəbələyə gedəcəksiniz?
- Bəli, elə bir fikrimiz var.
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı