Samir Abasov istefa verdi - "Belə şərtlərlə işləyə bilmərəm"

Samir Abasov istefa verdi - "Belə şərtlərlə işləyə bilmərəm"
ÖLKƏ FUTBOLU 20 May 2018 / 19:27 5940
-  A +

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov istefa verib.
 
Qol.az-ın məlumatına görə, o, bu qərarını "Zirə"yə evdə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqanın 28-ci tur matçından sonra mətbuat konfransında açıqlayıb.

O bildirib ki, bu, komandada sonuncu oyunu olub: "Belə şərtlərlə işləyə bilmərəm. Çünki "Sumqayıt" sanki reabilitasiya mərkəzidir. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam".

Xatırladaq ki, bu məğlubiyyətdən sonra "Sumqayıt" Premyer Liqanı 5-ci yerdə başa vurub və Avroliqaya vəsiqə qazana bilməyib.

Daha çox


Son xəbərlər