Abramoviç Britaniyaya gedə bilmir – viza verilmir

Abramoviç Britaniyaya gedə bilmir – viza verilmir
XƏBƏR 20 May 2018 / 18:30 3278
-  A +

“Çelsi”nin sahibi Roman Abramoviçin vizasının müddəti aprel ayında bitdiyü üçün o, dünən komandasının “Mançester Yunayted”yə qarşı keçirilən İngiltərə kubokunun final görüşünü izləyə bilməyib.

Qol.az-ın “The Bell” nəşrinə istinadən yaydığı xəbərə görə, iş adamı yeni viza üçü Britaniya hökumətinə müraciət etsə də, hələlik ona heç bir cavab verilməyib.

Abramoviçin 2 aydır Londonda yaşamadığı bildirilir. Son dəfə onun təyyarəsi Britaniya ərazisində apreli 1-də görünüb.

Bəzi məlumatlara görə, vizanın verilməməsi Sergey Skripal işinə görə Britaniya hakimiyyətinin rus iş adamlarına qarşı təzyiqləri ilə əlaqədardır.


Son xəbərlər