“Barselona”dan Qrizmanna 5 illik müqavilə - razılığa gəldilər

“Barselona”dan Qrizmanna 5 illik müqavilə - razılığa gəldilər
DÜNYA FUTBOLU 20 May 2018 / 17:35 5861
-  A +

“Barselona”nın “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün təklif etdiyi müqavilənin incəlikləri bəlli olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, artıq tərəflərin demək olar bütün məsələlərdə razılığa gəldiyi iddia edilib. Kataloniya klubunun fransalı futbolçuya 5 illik müqavilə təklif etdiyi bildirilir. Müqavilənin şərtinə əsasən, Qrizmann vergiləri çıxmaqla hər ilinə 15 milyon avro qazanacaq.

Başqa bir xəbərə görə, “Atletiko” Qrizmanna qalması üçün ilinə 25 milyon avro təklif etsə də, o, “Barselona”ya keçmək niyyətini bildirib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı