PSJ-nin prezidentindən Buffon açıqlaması

PSJ-nin prezidentindən Buffon açıqlaması
XƏBƏR 20 May 2018 / 13:34 4708
-  A +

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi “Yuventus”dan ayrılan Canluici Buffonu transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, qətərli iş adamı məlumatı təkzib edib. Əl-Xəlafi 40 yaşlı qolkiperlə maraqlanmadıqlarını söyləyib:

“Buffon xarizmatik, mükəmməl insan və böyük qapıçıdır. İstənilən komanda onunla müqavilə bağlamaq istəyər. Amma bizim 1 nömrəmiz Alfons Areoladır. O, növbəti mövsümdə də PJ-nin uğurları üçün çalışacaq”.

Qeyd edək ki, PSJ-nin Buffona 16 milyon avro dəyərində 2 illik müqavilə və kapitanlıq təklif etdiyi barədə xəbərlər yayılmışdı.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın