"Real" azarkeşləri final biletlərini geri qaytarır

"Real" azarkeşləri final biletlərini geri qaytarır
XƏBƏR 20 May 2018 / 11:47 7508
-  A +

Minlərlə “Real” azarkeşi Çempionlar Liqasının finalında “Liverpul”la Kiyevdə keçiriləcək oyuna getməkdən imtina ediblər.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, artıq 2200-dən artıq fanat aldığı biletləri geri qaytarıb. Buna səbəb çatdırılma  ilə bağlı problem və bilet qiymətlərinin artırılması olub.

Qeyd edək ki, “Real” azarkeşləri üçün ayrılmış 24268 biletdən 12802-si satılmışdı

Xatırladaq ki, “Real” və “Liverpul” arasında final oyunu mayın 26-da Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın