"Borussiya" yeni qapıçı aldı - rəsmi

"Borussiya" yeni qapıçı aldı -  rəsmi
XƏBƏR 19 May 2018 / 17:47 2870
-  A +

“Borussiya” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, Dortmund təmsilçisi “Auqsburq”un qapıçısı Marvin Xitci transfer edib. İsveçrəli qolkiperlə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı Xitc bu mövsüm “Auqsburq”un heyətində 32 oyuna çıxıb.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"