Araz "Neftçi"yə keçir? - açıqlama

Araz "Neftçi"yə keçir? - açıqlama
ÖLKƏ FUTBOLU 18 May 2018 / 19:12 5830
-  A +

"Qəbələ" Araz Abdullayevin "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klubun baş meneceri Səbuhi Səfiyarlı Qol.az-a açıqlamasında məlumatı təkzib edib. O, Araza görə hələlik heç bir klubdan rəsmi təklif almadıqlarını söyləyib: "Araz bizim futbolçudur, "Qəbələ" ilə 6 aylıq müqaviləsi var. Bu söz-söhbəti niyə çıxardırlar, bilmirəm. Onu transfer etmək, icarəyə götürmək istəyən klub bizə müraciət etməlidir. Amma hələ heç bir klub təklif göndərdməyib".

Səfiyarlı "Bəs Roman Qriqorçuk Arazı komandasında görmək istəyirmi" sualına isə bu cür cavab verib: "Qriqorçuk istəməsə belə, Arazın bizimlə müqaviləsi var. Onu komandadan çıxarda bilmərik. Sabah kimsə gəlib desə ki, Arazı istəyirəm, onda baş məşqçiyə məlumat verəcəyik ki, belə bir təklif var. Biz istənilən futbolçu üçün təkliflərə açığıq. Ən yaxşı futbolçumuza belə istənilən klub təklif göndərə bilər. Bu qadağan olunmuş bir şey deyil ki".

"Qəbələ" mövsüm başa çatmamış Dion Malonla yollarını ayırdı. Klub rəsmisinin sözlərinə görə, komandadan kimin gedib, kimin qalacağına mövsüm başa çatdıqdan sonra aydınlıq gələcək: "Həm çempionatda, həm də kubokda oyunumuz qalıb. Ona görə də hələ ki, kimin gedib, kimin qalacağını deyə bilmərəm. Bəzilərinin müqaviləsi başa çatır. Mövsüm başa çatdıqdan sonra bütün suallara aydınlıq gələcək".

Qeyd edək ki, "Anortosis"lə icarə müqaviləsi başa çatdığı üçün "Qəbələ"yə qayıdan Araz Abdullayevin sabiq klubu "Neftçi"yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq