"Yuventus"da ilk ayrılıq - rəsmi

"Yuventus"da ilk ayrılıq -  rəsmi
XƏBƏR 18 May 2018 / 14:18 3274
-  A +

Mövsümün sonunda "Yuventus"dan ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gəlib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, yayda müqaviləsi başa çatan Kvadvo Asamoa komandadan gedəcəyini açıqlayıb.

Bu barədə şəxsi "tvitter" hesabında məlumat verən qanalı futbolçu karyerasını başqa klubda davam etdirmək istədiyini bildirib:

"Gələcəkdə "Yuventus"a qarşı oynamaq çox çətin olacaq. Amma sadəcə, ailəmi düşünərək, belə bir qərar qəbul etmək məcburiyyətində qaldım. Ümid edirəm ki, azarkeşlərimiz bu durumu anlayışla qəbul edib, məni başa düşə biləcəklər".

Qeyd edək ki, Asamoanın digər İtaliya nəhəngi "İnter"lə anlaşdığı barədə xəbərlər yayılıb.

Son xəbərlər