Fonseka daha 2 il "Şaxtyor"da

Fonseka daha 2 il "Şaxtyor"da
XƏBƏR 18 May 2018 / 11:33 1347
-  A +

Ukraynanın “Şaxtyor” klubu baş məşqçisi Paulu Fonseka ilə müqaviləni uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Donetsk təmsilçisi portuqaliyalı mütəxəssislə iki illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, 45 yaşlı çalışdırıcı 2016-cı ildən "Şaxtyor" çalışdırır. Onun komandası bu mövsüm həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Son xəbərlər