Seneqal millisinin DÇ-2018 üçün heyəti

Seneqal millisinin DÇ-2018 üçün heyəti
XƏBƏR 18 May 2018 / 00:49 3291
-  A +

Seneqal millisinin Rusiyada keçiriləcək dünya çempiontı üçün yekun heyəti açıqlanıb.

Qol.az-ın Seneqal Futbol Federasiyasının rəsmi “Tvitter” səhifəsinə istinadən yaydığı xəbərə görə, baş məşqçi Aliu Sisse mundiala aşağıdakı “23-lüy”ü aparacaq: 

Qapıçılar: Abdulaye Diallo (“Renn”), Alfred Qomis (SPAL), Hadim N’Diaye (“Horoyya”);

Müdafiəçilər: Kalidu Kulibali (“Napoli”), Kara Mbodj (“Anderlext”), Lamin Qassam (“Alanyaspor”), Mussa Vaqe (“Eypen”), Yussuf Sabali (“Bordo”), Saliu Siss (“Anje”), Salif Sane (“Hannover”);

Yarımmüdafiəçilər: Papa Ndiaye (“Stok Siti”), Şeyx N’Doye (“Birmingem”), Şeyxu Kuyate (“Vest Hem”), Alfred Ndiaye (“Vilyareal”), İdrissa Quye (“Everton”);

Hücumçular: Mam Biram Diuf (“Stok Siti”), Daifra Sako, İsmailla Sarr (hər ikisi “Renn”), Mussa Konate (“Amyen”), Balde Keyta (“Monako”, Mussa Sou (“Bursaspor”), Sadio Mane (“Liverpul”), Mbay Nyanq (”Torino”).

 


Son xəbərlər