UEFA-dan "Atletiko"ya 26 milyon avro

UEFA-dan "Atletiko"ya 26 milyon avro
XƏBƏR 17 May 2018 / 13:30 3283
-  A +

UEFA-nın Avroliqanın qalibi "Atletiko"ya ödəyəcəyi məbləğ müəyyənləşib.

Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, Maddrid klubu bu mövsüm avrokuboklardan çıxışdan ümumilikdə 26 milyon avrodan çox pul alacaq .Dieqo Simeonenin komandası finalda Fransa təmsilçisi "Marsel”i məğlub etdiyi üçün 6.5 milyon avro əldə edəcək.

"Atletiko” yarımfinala çıxdığı üçün 1.6 milyon avro, 1/4 finala yüksəldiyinə görə 1 milyon avro alacaq. Komanda Avroliqada iştiraka görə ümumilikdə 10.3 milyon avro qazanacaq.

 Bundan başqa, UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etdiyi üçün Madrid təmsilçisinə 16.3 milyon avro ödəyəcək.


Son xəbərlər