"Trabzonspor"un baş məşqçisi istefa verdi

"Trabzonspor"un baş məşqçisi istefa verdi
XƏBƏR 17 May 2018 / 13:07 2564
-  A +

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, "Trabzonspor"un çalışdırıcısı Rza Çalımbay vəzifəsindən gedəcəyini açıqlayıb. Təcrübəli mütəxəssis bildirib ki, mövsümün son oyunu olan "Karabükspor"la matçdan sonra Qarədəniz təmsilçisindən ayrılacaq:

"Klub rəhbərliyi ilə bir araya gəldik. Onlara müqaviləmin başa çatdığını söylədim. Onlar da "necə edək" deyə soruşdular. Qarşıdakı mövsüm çalışmağı düşünmədiyimi bildirdim. Rəhbərliyə təşəkkür edərək, yollarımızı ayırmağı təklif etdim".

Qeyd edək ki, Çalımbay ötən ilin noyabr ayından "Trabzonspor"u çalışdırırdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı