"Qəbələ"də ilk ayrılıq - rəsmi

"Qəbələ"də ilk ayrılıq - rəsmi
ÖLKƏ FUTBOLU 17 May 2018 / 11:50 3667
-  A +

“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2017-ci yayından komandada çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib.

Daha çox


Son xəbərlər