Qrizmann, Koke, Qabi, yoxsa Nyiqes?

Qrizmann, Koke, Qabi, yoxsa Nyiqes?
XƏBƏR 17 May 2018 / 11:25 2034
-  A +

Avropa Liqasında finalın ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, siyahıda "Atletiko"nun 4 futbolçusu - Antuan Qrizmann, Koke, Qabi və Saul Nyiqes yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Qeyd edək ki, "Atletiko" finalda "Marsel"ə 3:0 hesabı ilə qalib gələrək Avroliqanın qalibi olub. A.Qrizmann dubla imza atıb. Qabi isə komandasının 3-cü qolunun müəllifi olub.


Son xəbərlər