Ərtoğrul Sağlam "Kayserispor"da

Ərtoğrul Sağlam "Kayserispor"da
XƏBƏR 16 May 2018 / 18:26 2091
-  A +

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, Super Liqa təmsilçisini "Traktor Sazi"nin baş məşqçisi Ərtuğrul Sağlam çalışdıracaq. 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Onun bu gün Kayseriyə gedəcəyi bildirilir.

Ə.Sağlam bu vəzifədə dünən istefaya göndərilən Marius Şumudiçanı əvəz edəcək.

Qeyd edək ki, türkiyəli mütəxəssis yanvar ayından "Traktor Sazi"yə rəhbərlik edirdi.
 

Daha çox


Son xəbərlər
20.10.18  17:04

"Real" evdə uduzdu