Uruqvay millisinin ilkin heyəti - DÇ-2018

Uruqvay millisinin ilkin heyəti - <b style="color:red">DÇ-2018</b>
XƏBƏR 16 May 2018 / 11:50 4013
-  A +

Uruqvay millisinin DÇ-2018 üçün genişləndirilmiş heyəti açıqlanıb.

Qol.az-ın Uruqvay Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçılar: Fernando Muslera (" Qalatasaray"), Martin Silva (" Vaska da Qama), Martin Kampanya (" İndependente")

Müdafiəçilər: Dieqo Qodin, Xose Himenes (hər ikisi "Atletiko"), Sebastyan Koates (" Sportinq"), Maksi Pereyra ("Portu"), Qaston Silva (" İndependente"), Martin Kaseres (" Latsio"), Qilermo Varela ("Penyarol")

Yarımmüdafiəçilər: Naitan Nandes ("Boka Xuniors), Lukas Torreyra, Qaston Ramires (hər ikisi "Sampdoriya"), Matias Vesino (" İnter"), Federiko Valverde (" Deportivo"), Rodriqo Bentankur (" Yuventus"), Karlos Sançes, Xonatan Urretaviskayya (hər iki – "Monterrey"), Corcian De Arraskaeta (" Kruzeyru"), Dieqo Laksalt ("Cenoa"), Kristian Rodriqes (" Penyarol"), Nikolas Lodeyro (" Siyetl Sonders")

Hücumçular: Kristian Stuani (" Jirona"), Maksi Qomes (" Selta"), Edinson Kavani (PSJ), Luis Suares (" Barselona")

Qeyd edək ki, 26 futbolçudan 23-nün adı yekun heyətə salınacaq

 

Daha çox


Son xəbərlər
20.10.18  17:04

"Real" evdə uduzdu