Maradona Belarus klubunda

Maradona Belarus klubunda
XƏBƏR 16 May 2018 / 10:12 3007
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinə sədr seçilib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.O, "Dinamo"nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyadakı dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.

Daha çox


Son xəbərlər