“Şaxtyor”un yarımmüdafiəçisi “Barselona”nın hədəfində

“Şaxtyor”un yarımmüdafiəçisi “Barselona”nın hədəfində
XƏBƏR 16 May 2018 / 00:52 3376
-  A +

“Barselona”nın növbəti transfer hədəfi bəlli olub.

Qol.az-ın “El Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, “Şaxtyor”un yarımmüdafiəçisi Fred Kataloniya klubunun maraq dairəsindədir.

25 yaşlı futbolçunun çıxışı “Barselona”nın skautlarını razı salıb. Fredin keçidi orta xətdə İvan Rakitiç və Serji Busketslə rəqabət yaradılmasına hesablanıb.

Qeyd edək ki, “Şaxtyor”un yarımmüdafiəçisi ilə “Mançester Yunayted”, “Mançester Siti” və PSJ də yaxından maraqlanır.

 


Son xəbərlər