Almaniyanın genişləndirilmiş heyəti açıqlandı - DÇ-2018

Almaniyanın genişləndirilmiş heyəti açıqlandı - <b style="color:red">DÇ-2018</b>
XƏBƏR 15 May 2018 / 16:25 4316
-  A +

Almaniya millisinin DÇ-2018 üçün genişləndirilmiş heyəti açıqlanıb.

Qol.az-ın Almaniya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə görə, 27 nəfərlik heyətdə zədə səbəbindən bütün mövsümü buraxan "Bavariya"nın qapıçısı Manuel Noyer də yer alıb:

Qapıçılar: Bernd Leno ("Bayer"), Manuel Noyer ("Bavariya"), Mark-Andre ter Stegen ("Barselona"), Kevin Trapp (PSJ)

Müdafiəçilər: Jerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı "Bavariya"), Mattias Qinter ("Borussiya" Münhenqladbax), Yonas Hektor ("Köln"), Conatan Ta ("Bayer"), Marvin Plattenxardt ("Herta"), Antonio Rüdiqer ("Çelsi")

Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer"), Yulian Draksler (PSJ), İlkay Gündoğan ("Mançester Siti"), Sami Xedira ("Yuventus"), Toni Kroos ("Real"), Leon Qoretska, Sebastyan Rudi (hər ikisi "Bavariya"), Məsut Özil ("Arsenal")

Hücumçular: Mario Qomes ("Ştutqart"), Marko Roys ("Borussiya" Dortmund), Lera Sane ("Mançester Siti"), Nils Petersen ("Frayburq"), Tomas Müller ("Bavariya"), Timo Verner ("Leyptsiq")

Qeyd edək ki, yekun heyətə 23 futbolçunun adı daxi ediləcək.

 

Daha çox


Son xəbərlər