Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Araz Abdullayev "Qarabağ"ın düşərgəsində

Yazarlar
 “Neftçi” haqda...
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Ramil “Trabzonspor”da şou yaratdı - 5 qol vurdu
“Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
“Qarabağ”la müqaviləsinin müddəti açıqlandı
“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri bilindi
Linklər
525ci Qəzet

“Əksər klublarda futboldan uzaq insanlar çalışır” - Tahir Süleymanov
A A A

[14.05.2018]
“Əksər klublarda futboldan uzaq insanlar çalışır” - <b style="color:red">Tahir Süleymanov</b>

“Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Qol.az saytına müsahibə verib. O, müsahibədə AFFA-nın Lisenziyalaşdırma Komissiyasının birinci divizionun qalibi “Xəzər”ə lisenziya verməməsinə və digər məsələlərə toxunub.

- AFFA-nın baş katibi bugünlərdə bəyan edib ki, birinci diviziondan Premyer Liqaya komanda deyil, klub lazımdır. Bu fikirlə razısınızmı?

- Ümumiyyətlə, "Xəzər"in divizion qalibi olmasını AFFA, PFL daxil əksəriyyət gözləmirdi. Klubun Qubaya köçməsi də gündəmdə idi. "İnter" "Keşlə"yə çevrildiyi kimi ad məsələsinin dəyişdirilməsi də problem olmazdı. Çempionluğun təməli düzgün aparılan kadr siyasətinin nəticəsi idi. Sponsorlar qohum, dostlara yox, Emin Abbasov, Gündüz Abbaszadənin timsalında işi bacaranlara üstünlük verdi. Geniş futbol ictimaiyyəti onları jurnalist kimi tanısa da, Emin bəy uşaqlıqdan futbolla məşğul olub, gözəl də futbol oynayır. Gündüz Abbaszadənin isə idarəçilikdə zəngin "Neftçi" karyerası var. Hər ikisinin aparıcı "Qarabağ", "Neftçi" təcrübəsini nəzərə alsaq, Divizion klubunun idarə olunması çətin deyildi. Klub rəhbərliyinin onlara güvənməsi, onların isə Elşad Əhmədovun timsalında düzgün məşqçi seçimi uğurun təməli idi. Divizion qaliblərinə lisenziyanın verilməməsi isə artıq dəb halını alıb. "Abşeron", "Turan", "Ağsu", "Qaradağ Lökbatan", "Neftçala", "Xəzər"... Çox mənfi tendensiya yaranıb. Kütləvi halın olması ümumi problemlərin olmasının əyani göstəricisidir.

- Lisenziyalaşdırma tələbləri yüngülləşdirilə bilərmi?

- Yüngülləşdiriməsindən çox Azərbaycan futbolu reallığına uyğun tənzimlənməsi daha vacib, faydalı olar. FİFA, UEFA sərt qanunları ilə yanaşı yerli mühiti hər zaman nəzərə alır. Müxtəlif layihələri həyata keçirməklə federasiya, klublara yardım edir, köməyini əsirgəmir. Hətta klublarda uşaq futbolunun inkişafı üçün müəyyən vəsait də ayırır.

- Yəni AFFA, PFL klublara kömək etməlidir...

- Həqiqətən klub, komanda anlayışı fərqli məsələlərdir. İllərdi bu barədə fikirlərimi bildirirəm. Söhbət tək bank zəmanəti, maliyyə imkanlarından getməməlidir. Son on ildə imkanlı, varlı klublarımız dağılıb. Futbol idarəçiliyi, strategiyası düzgün qurulmalıdır. Futbolu dərindən bilməyənlər tərəfindən klublar idarə oluna bilməz. 90-cı illərin çətin iqtisadi-siyasi dövrü bəllidir. Son 10-15 ildə imkanlı klubların qeyri-sabitliyi problemin daha dərin olmasını göstərir. Futbol qanunlarının tənzimlənməməsi, şəxsi maraqlar klublara, ümumilikdə futbolun inkişafına mane olur. Bütün günahları klubların boynuna yükləmək də doğru yanaşma deyil. İkili müqavilələrə şəraiti klublar yaratmır. "Neftçi"də çalışarkən AFFA, Lisenziyalaşdırma qrupunun rəhbərləri ilə görüşlərim, müzakirələrim olub. Futbolçuların şəxsi müqavilələrinin qəbul olunmasını istəmişəm. FİFA, UEFA-nın ən həssas yanaşdığı bir nömrəli tələblərdən biridir. Bir klubdan şəxsi müqavilələrin qəbulu, digərlərinin təqdim etməməsi də mümkün deyil. Vahid sistem olmalıdır. Klublar ayrı-ayrılıqda bunu düşünməməlidir. Sistemin çalışmasını rəhbər qurum təmin etməlidir. Klubların dağılmasının bir nömrəli səbəbi ikili müqavilələrin olmasıdır. Yaradılan boşluqdan əksər klublar istədiyini edirdi, edirlər...

- Necə?

- PFL müqavilələrini FİFA, UEFA qəbul etmir. Etsə də belə üstünlük klub-futbolçu arasında bağlanmış şəxsi müqavilə sayılır. Bu müqavilə isə lisenziyalaşma tələblərinə uyğun AFFA, PFL-də qeydiyyatdan keçmir. Bununla da şəffaflıq, nəzarət mexanizmi itir. Təsəvvür edin 6+5 limit tətbiq olunduğu halda klub mövsüm ərzində istənilən sayda legioner futbolçu transfer edə bilər. Klublar olub ki, bir ilə 30-35 əcnəbi futbolçu gətirib. 6 futbolçunu oynada biləcəyin halda bu sayda futbolçuya nə gərək var?! Ümumi sifariş vərəqinə maksimum 10-11 futbolçu transfer limiti qoyulsaydı, heç bir klub 12-ci legioneri belə transfer edə bilməzdi. Bu 10, 100 milyonlarla vəsaitin qənaəti və o pulların infrastruktura, uşaq futboluna, digər sahələrə xərclənməsi deməkdir. Bütün bunlar futbol qanunlarının natamamlığından irəli gələn fəsadlardır. İlk növbədə bunlar yoluna qoyulmalıdır.

- "Qarabağ" nümunəsi göstərir ki, klub istəsə, vəziyyətdən çıxa bilər...

- Ayrı-ayrılıqda hər bir klub azarkeşi, özləri qarşısında məsuliyyət daşıyır. Sirr deyil, əksər klublarda futboldan uzaq insanlar çalışır. Onlar özləri də bilirlər ki, müvəqqətidirlər, heç bir uğur qazana bilməzlər. Qeyd olunan boşluqlardan isə lazımınca yararlanırlar. "Qarabağ" və digər nəticə  qazanan komandalar iddialı, futbolu bilən, məsuliyyətini dərk edən insanların əməyinin nəticəsidir. Mövcud durum onları da bataqlığa sürükləyir, daha böyük uğurlar qazanmağa imkan vermir. Məsələlərə kompleks şəkildə yanaşılmasa "Qarabağ", "Qəbələ" də digər klubların aqibətini yaşaya bilər. Klublar federasiyanı, federasiya da klubları günahlandırmaqda davam etsə, tənəzzülün davam etməsi qaçılmazdır. Futbol qanunlarına uyğun işlək mexanizm mövcud durumu nizamlaya bilər.

- AFFA İcraiyyə Komitəsi əvəzedicilərlə bağlı qərar qəbul edib. Uşaq-gənclər futbolundakı vəziyyəti nəzərə alsaq, qərara münasibətiniz necədir?

- Son 10 ildə əvəzedicilərlə bağlı atılan addım ən uğurlu layihələrdən biridir. PFL-n yarışı ləğv etmək, Diviziona, digər federasiya rəsmilərinin Klublar Komitəsinin təklifi ilə U-19-a qatmaq istəyi qəribə səslənirdi. Əvəzedicilər ayrı komanda deyil, əsas bu günü, sabah əsas heyətdə oynayacaq real ehtiyat qüvvədir. Onsuz da oyunları bir gün sonraya salmaqla yanlış qərar qəbul olunmuşdu. Əvvəlki sistemdə klub rəhbərliyi, baş məşqçi əvəzediciləri daimi nəzarətdə saxlaya bilirdi. Əsasən də səfər oyunlarında bu aktual idi. Əsas komandanın görüşündən sonra nə rəhbərlik, nə də məşqçilər bir gün də qalıb gənclərin oyununu əyani izləyə bilmirdi. Əvəzedicilər sanki əsas heyətdən qopmuş hala düşmüşdü. Bəzi klubların legionerləri də oynatmasını nəzərə alsaq sistem tam pozulmuşdu. Əsas komandaya da təsirsiz ötüşmürdü. Son zamanlar isə əvəzediciləri Diviziona "sürgün" etmək, U-19 liqasının səviyyəsini artırmaq kimi təkliflər gündəmi zəbt etmişdi. Divizionda onsuz da yaş limiti tətbiq edilir. Digər tərəfdən UEFA-nın liqa ilə narahatlığını da hər kəs bilir. Olan-qalan istedadlı futbolçuların da "aşağı" göndərilməsi mənfi fəsadlar verə bilərdi. Eyni zamanda sınaqdan çıxmış yarışın ləğvini də U-19-a qurban vermək olmazdı. Nə yaxşı ki, İcraiyyə Komitəsi ən doğru qərı qəbul etməklə köhnə sistemə qayıdıldı və Klublar Komitəsinin yanlış qərar-tövsiyəsini düzəltmiş oldu. Dünyada bununla bağlı vahid sistem mövcud deyil. Ölkələr yerli mühitə uyğun hərəkət edir. Eksperimentlər deyil, dərin təhlillərə söykənən qərarlar qəbul olunmalıdır.

- Çempionat artıq sona yaxınlaşır. Sizə doğma olan "Neftçi" 3-pilləyə yüksəlib. "Qarabağ", "Qəbələ" Avropaya vəsiqəni təmin ediblər. Digər 2 yerə hansı komandaları şanslı görürsüz?

- "Neftçi" haqqında belə fikirlər eşitmək düşündürücüdür. "Neftçi" elə bir klubdur ki, çempionat başlamadan artıq öz nüfuzu, çəkisi ilə minimum  Avroliqanı təmin etməlidir, taleyini son tura saxlamamalıdır. Tərlan Əhmədov bildirdiyi kimi "rəhbərlik məndən Avroliqaya vəsiqəni tələb etməyib". Belə iddiasız adamların tarixi klubda nə işi var idi?! "Neftçi" elə bir klubdur ki, minimum hədəfi çempionluq, kubok, qrup yolları olmalıdır.  İddiasını saxlayan bütün klubların şansı var. "Zirə" çoxdan vəsiqəni təmin etməli idi. Ayxan Abbasov futbolçularla birgə tək qalıb. Son günlər geniş müzakirə olunan klub, komanda fərqi budur. Samir Abasovlu "Sumqayıt"ın son durumu isə psixoloji baxımdan daha çətindir. O da "klub"suz qalıb, komanda şəklində çıxış edir. Son açıqlaması buna işarədir. Hiss olunur ki, güclülər dəstəsində də klublarla yanaşı komanda sayı az deyil. "Keşlə"nin də lisenziya ala bilməməsi şansını minimuma endirir. Əsas isə Avroliqaya vəsiqə deyil, orada uğurlu çıxış etməldir. Son illər minimum hədəf müəyyənləşib artıq. Qruplar yolunda bütün klublarımıza uğurlar arzu edirəm...

2991 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
23.07.2018  14:14 “Qarabağ”ın ÇL-dəki potensial rəqibləri bilindi
23.07.2018  12:10 "Qarabağ" üçün darıxıram" - Reynaldo Silva
23.07.2018  11:26 İnyesta Yaponiya klubunda debüt etdi
23.07.2018  00:20 “Qarabağ”a keçəcəyi təsdiqləndi
22.07.2018  22:15 "İnanıram ki, "Qarabağ"la oyunda bəxt və Tanrı bizimlə olacaq"
22.07.2018  15:44 “Qarabağ”la müqaviləsinin müddəti açıqlandı
22.07.2018  11:13 UEFA-dan Əliyar Ağayevə yeni təyinat
22.07.2018  01:37 “Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
21.07.2018  18:43 "Qarabağ"ın "Kukesi" ilə oyunlar üçün heyəti
21.07.2018  16:20 "Proqres"dən 5 dəfə üstün oynadıq" - Təmkin Xəlilzadə
21.07.2018  13:00 "Qarabağ"ın oyununa hakim təyinatları açıqlandı
21.07.2018  01:21 "Yeni transferlərimiz hələ hazır deyil" - Ayxan Abbasov
20.07.2018  17:47 "Neftçi" yükünü dərk etməyənlər klubda "dəllək"liklə məşğuldurlar"
20.07.2018  15:11 Bordin “Neftçi”dən göndərilə bilər – İtaliya mətbuatı
20.07.2018  12:22 “Bordini “Neftçi”yə gətirən də onun kimi futbol savadı olmayan klub rəhbəridir”
20.07.2018  11:59 "Qarabağ" braziliyalı hücumçu alır?
20.07.2018  01:34 “Təəssüf ki, bunu edə bilmədik” - Bordin
20.07.2018  00:48 "Neftçi"dən Avroliqaya biabırçı vida
20.07.2018  00:35 "Biz mərhələni Maltada uduzmuşduq” - Zaur Axundov
19.07.2018  23:22 "Qəbələ" Avroliqada mübarizəni dayandırdı
 
 
  23.07.18
15:02
  "Qarabağ" uduzsa... - Avroliqadakı rəqibi
14:50
  "Parma"nın 5 xalı silindi - danışılmış oyuna görə
14:14
  “Qarabağ”ın ÇL-dəki potensial rəqibləri bilindi
13:45
  "Halldorsson yenidən Messinin penaltisini dəf etmək üçün "Qarabağ"a keçdi"
13:31
  Günün canlı oyunları - Etopaz-da
13:04
  "Barselona" Minanı "Everton"a satır
12:43
  Araz Abdullayev "Qarabağ"ın düşərgəsində
12:30
  Pərdis Fərcad-Azad "Zirə"də - rəsmi
12:22
  "Roma" Alissona əvəzləyici tapdı
12:10
  "Qarabağ" üçün darıxıram" - Reynaldo Silva
11:40
  "Özilin millidən getməsinə sevinirəm" - "Bavariya"nın prezidenti
11:26
  İnyesta Yaponiya klubunda debüt etdi
11:00
  Əfsanəvi qapıçı azarkeşə yumruq vurdu - video
10:26
  Tyerri Anri baş məşqçi olur
01:58
  "Liverpul" "Borussiya"ya uduzdu
01:19
  Millimizin heyəti açıqlandı
00:59
  İquain "Milan"a gedir
00:20
  “Qarabağ”a keçəcəyi təsdiqləndi
00:11
  Klublarımızın yay transferləri - Yenilənir
  22.07.18
22:53
  Məsut Özil millidən getdi – Ərdoğanla görüşə görə
22:15
  "İnanıram ki, "Qarabağ"la oyunda bəxt və Tanrı bizimlə olacaq"
21:11
  "Çelsi" Villianla bağlı qərarını verdi – Qolovin gəlsə...
20:22
  "Səbail" aşağı dəstə klubuna uduzdu
19:45
  Mbappe "7"ni seçdi
19:19
  "Sumqayıt" Türkiyədə darmadağın oldu – 0:7
18:57
  "Qarabağ"la oyundan əvvəl "Kukesi"də qalmaqal - mükafatı vermirlər
18:21
  "Real"dan getmək istəyir
17:30
  "Mənim iki ürəyim var" – Özil Ərdoğanla görüşü haqda
15:44
  “Qarabağ”la müqaviləsinin müddəti açıqlandı
14:39
  Xudiyev ermənilərin oyununa təyinat aldı
13:48
  “Məqsəd “Qarabağ”ı keçməkdir”
13:10
  Con Terri karyerasını başa vurur
12:07
  Ramil “Trabzonspor”da şou yaratdı - 5 qol vurdu
11:13
  UEFA-dan Əliyar Ağayevə yeni təyinat
10:28
  Klopp Salahın durumundan danışdı
10:06
  Bu gün Azərbaycan jurnalistlərinin bayramıdır
02:00
  Ukrayna Superkubokunun sahibi müəyyənləşdi
01:37
  “Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
01:31
  Mourinyo kapitanın adını açıqladı
01:02
  "Çox ciddi çalışırıq" - millimizin baş məşqçisi
00:30
  "Sabah" üç futbolçu ilə müqavilə imzaladı
00:15
  Millimizdən qələbə
00:01
  "Bavariya" - PSJ - Video
  21.07.18
23:00
  Şevçenko yeni müqavilə imzaladı
22:05
  "Sabah"dan növbəti heç-heçə
21:19
  "Barselona"ya görə təklifləri rədd etdim, amma..."
20:30
  "Bavariya" PSJ-yə qalib gəldi
19:52
  Məşhur qardaşlar futbolçu karyeralarını başa vurdular
19:25
  Mbappe zədəli vəziyyətdə oynayıb - DÇ-2018-də
18:43
  "Qarabağ"ın "Kukesi" ilə oyunlar üçün heyəti
18:00
  PSJ-dən "Barselona"ya
17:09
  "Napoli" İnsinyeni icarəyə verdi
16:20
  "Proqres"dən 5 dəfə üstün oynadıq" - Təmkin Xəlilzadə
15:55
  "İnter" Arturo Vidalla danışıq aparır
15:16
  "Milan"da yeni prezident
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore