"Qarabağ"da qalmaq istəyirəm, amma..." - Aqolli

"Qarabağ"da qalmaq istəyirəm, amma..." - Aqolli
ÖLKƏ FUTBOLU 12 May 2018 / 22:34 5803
-  A +

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin komandadakı taleyinə hələ aydınlıq gəlməyib.

Qol.az-ın məlumatına görə, bu barədə Topaz Premyer Liqanın 27-ci turunun “Keşlə” ilə oyunundan (0:3) sonra jurnalistlərə açıqlamasında albaniyalı müdafiəçi özü məlumat verib. O bildirib ki, danışıqlar davam edir:

“Qarabağ”ı çox sevirəm. Bu komanda mənə doğmadır. Burda hər şey məni qane edir. Ona görə də qalmaq istəyirəm. Müəyyən danışıqlarımız olub. Amma hələ ortada konkret bir şey yoxdur. Bütün suallara mövsümün sonunda aydınlıq gələcək”.

Qeyd edək ki, Qurban Qurbanov dünən mətbuata açıqlamasında Ansi Aqolli və Dani Kintana ilə müqavilə müddətini uzatmaq üçün danışıq apardıqlarını bildirmişdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı