"3:0 hesabından sonra..." - Yuri Maksimov

"3:0 hesabından sonra..." - Yuri Maksimov
ÖLKƏ FUTBOLU 12 May 2018 / 19:34 3814
-  A +

"Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 27-ci turunda evdə "Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

-Futbolçularımız bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdılar. "Qarabağ” isə çempionluğu təmin etmişdi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm.

-Ukrayna mətbuatında yer alan məlumatlara görə, bu ölkənin klublarından biri ilə danışıqlar aparırsınız. Hətta bununla bağlı Kiyevdə olduğunuz da deyilir.

 -Mən belə bir xəbərlə qarşılaşmamışam.

-Vaqif Cavadovla bağlı aranızda gərginlik var idi...
 
-Bizim oyun quruluşumuz var. Buna uyğun oynamaq lazımdı. Lakin 3:0 hesabından sonra futbolçular fərqli cür oynamağa başladılar. Mən Vaqifə bildirdim ki, hesaba baxmayaraq, oyundan qopmaq olmaz.

-Kubokun finalı barədə nə düşünürsünüz? "Keşlə”nin "Qəbələ”ni məğlub etmək gücü varmı?

-Bunu yalnız oyundan sonra demək olar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı