"Bu məğlubiyyət bizi düşünməyə vadar edir" - Qurban Qurbanov

"Bu məğlubiyyət bizi düşünməyə vadar edir" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 12 May 2018 / 19:21 4743
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 27-ci turunda səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

- Bu oyun barədə fikirlərim neqativdi. Rəqibi yaxşı oyun, qələbə münasibəti ilə təbrik edirəm. Futbolçularımız nəticə barədə düşünmürdü. Bəlkə, mən də belə idim. Səhvlərimiz nə idi, burada açıqlamaq istəmirəm. Rəqibin üstün cəhətlərinə diqqət ayırmalıydıq. Futbolçularımız meydana konsentrasiyasız çıxmışdılar. Bu məğlubiyyət bizi düşünməyə vadar edir. Lakin hər komandada belə hallar olur. Bəzən bir komandada hər şey alınır, digərində isə yox. 0:3 hesabı ilə uduzmaq istəməzdik. Belə qollar buraxmalı deyildik. Yaxşı deyiləsi bir şey yoxdu.

- Əvəzedici heyətin bir neçə üzvünə şans verdiniz. Onlar sizi razı saldılar?

- 15-30 dəqiqəylə bir şey demək olmaz. Onlar bizimlə təlim-məşq toplanışında olublar. İnanılacaq oyunçulardı. Deyə bilmərəm, növbəti mövsümdə əsas komandada olacaqlar, ya yox. Bunun üçün öz üzərlərində çox çalışmalıdılar.

- Bu gün arxa xəttdə bəzi dəyişikliklər etmişdiniz...

- Kimi meydana buraxıramsa, onun öz tapşırığı olur. O, həmin tapşırığı yerinə yetirməlidi. Qol buraxmaqdan heç vaxt narahat olmamışam. Rəqib öz texniki üstünlüyündən istifadə edib, qol vurursa, buna görə oyunçumu günahlandırmıram. Lakin rəqib komanda səhvdən yararlanıb qol vurursa, bunu yalnız diqqətsizliklə bağlamaq olar.

- Yunanıstan mətbuatında PAOK-un Pedro Enrike üçün 5 milyon avro tələb etdiyi barədə xəbər yayılıb...

- Düzü, bu, Pedronun müqaviləsində yazılıb. Onu transfer etmək istəyən klub bu məbləği ödəməlidi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı