"Barselona" Xama Billiatın komandasına qarşı

"Barselona" Xama Billiatın komandasına qarşı
GÜNDƏM 10 May 2018 / 16:59 5268
-  A +

"Barselona" Cənubi Afrika Respublikasında (CAR) yoldaşlıq görüşü keçirəcək.

Qol.az-ın klubun  saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi münasibətilə təşkil ediləcək. Rəqib isə ölkə çempionu "Mamelodi Sandaunz" klubu olacaq.

Oyun mayın 16-da Yohannesburq şəhərindəki "Fest Naşenal Bank" stadionunda keçiriləcək. Bu arenada 2010-cu ildə dünya çempionatının finalı olub.

Qeyd edək ki,  "Mamelodi "Sandaunz"da "Qarabağ"ın maraqlandığı Xama Billiat oynayır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı