Topaz Premyer Liqasının XXVI turunun “Səbail”lə qarşılaşmasında vurulan yeganə qol “Zirə”nin tarixinə düşüb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 1:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun komandası Azərbaycan çempionatının yüksək dəstəsində özünün 100-cü qoluna imza atıb. Yubiley qolunun müəllifi Müşfiq İlyasov olub.
“Zirə” Premyer Liqadakı 100-cü qolunu 90-cı matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,11-ə bərabərdir. Bu qollardan 61-i evdə, 39-u səfərdə vurulub. 2015/16 mövsümündən Premyer Liqada çıxış edən Zirənin eyniadlı təmsilçisi ilk çempionatda 42, 2016/17 mövsümündə 26 (texniki qələbə nəzərə alınmamaqla), cari birincilikdə 32 dəfə rəqib qapısına yol tapıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixinə 100 və daha çox qol vuran 29-cu komanda kimi düşüb.
Yubiley qoluna sevinən “Zirə” Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyasına da son qoyub. Son 11 görüşdə qələbəyə həsrət qalan Ayxan Abbasovun yetirmələri 2018-ci ildə ilk dəfə 3 xal sevinci yaşayıb. Zirəlilərin son qələbəsi 2017-ci il dekabrın 3-nə təsadüf etmişdi. 153 gündən sonra yenidən qalib gələn komanda eyni rəqibi eyni hesabla məğlub edə bilmişdi.
Qeyd edək ki, “Zirə” 153 günlük uğursuz seriya ərzində 5 heç-heçə edib, 6 dəfə uduzmuşdu.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...