Ronaldonun zədəsi ilə bağlı açıqlama

Ronaldonun zədəsi ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 7 May 2018 / 11:59 5703
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 36-cı turunda "Barselona" ilə matçda (2:2) zədələnən Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Qol.az-ın məlumatına görə, "Marca"ya danışan fransalı mütəxəssis bunları bildirib: "Ronaldonun zədəsinin ciddi olub-olmadığı ilə bağlı danışmaq tezdir. Ancaq fikrimcə, zədəsi yüngüldür.Kriştiano tibbi müayinədən keçəcək. Ondan sonra nə qədər vaxt oynamağı müəyyənləşəcək. Amma Ronaldo mənə dedi ki, zədəsi ciddi deyil".

Qeyd edək ki, "El-Klassiko"da komandasının ilk qolunu vuran K.Ronaldo 46-cı dəqiqədə zədə səbəbindən əvəzlənib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord