Ronaldodan Fergüssona dəstək - "Güclü olun, boss!"

Ronaldodan Fergüssona dəstək - "Güclü olun, boss!"
DÜNYA FUTBOLU 6 May 2018 / 13:54 5473
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilən Aleks Fergüssona dəstəyini nümayiş etdirib.

Qol.az-ın məlumatına görə, şəxsi “Twitter” hesabında sabiq baş məşqçisi ilə olan fotosunu paylaşan portuqaliyalı ulduz bu sözləri yazıb: “Bütün düşüncəm və dualarım sizinlədir, əziz dostum. Güclü olun, boss!”.

Xatırladaq ki, Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də Fergüssonun rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, dünən gecə saatların vəziyyəti pisləşən şotlandiyalı mütəxəssis xəstəxanaya yerləşdirilib. Beyninə qan sızan 76 yaşlı Fergüsson dərhal əməliyyat olunub.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki