"Atletiko" və "Marsel" finalda

"Atletiko" və "Marsel" finalda
DÜNYA FUTBOLU 4 May 2018 / 01:38 12931
-  A +

Bu gün Avropa Liqasında yarımfinalın cavab oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, oynanılacaq iki matçla finalçıların adı müəyyənləşib.

Erkən final adlandırılan “Atletiko” – “Arsenal” cütü bu dəfə Madriddə üz-üzə gəlib. Londonda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların finala çıxmaq şansı bərabər qiymətləndirilirdi. Dieqo Kostanın yeganə qolu ilə qələbə qazanan "Atletiko" finala adlayıb.

Digər görüşdə isə sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Zalsburq” “Marseli”i qəbul edib. İlk görüşdə 0:2 hesabı ilə uduzan Avstriya təmsilçisi bu dəfə eyni hesabla qalib gəldiyindən ikinci finalçının adı əlavə vaxtda bilinib. Sona 4 dəqiqə qalmış rəqib qapısına yol tapan "Marsel" finala vəsiqə qazanıb.

3 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

"Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə) - 1:0
Qol:
Dieqo Kosta, 45+2
İlk oyun - 1:1
Baş hakim:
Canluka Rokki (İtaliya)
 
"Zalsburq” (Avstriya) – "Marsel” (Fransa) - 2:1 (Əlavə vaxtda) 
Qollar:
Haidar, 53 (1:0), Sarr, 65-avtoqol (2:0), Rolando, 116 (2:1)
İlk oyun - 0:2
Baş hakim:
Sergey Karasyov (Rusiya)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı