İnyesta sabah “Barselona”dan gedişini açıqlayacaq

İnyesta sabah “Barselona”dan gedişini açıqlayacaq
XƏBƏR 27 Aprel 2018 / 00:00 2827
-  A +

Andreas İnyesta mövsümün sonunda “Barselona”dan ayrılacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, sabah təcrübəli yarımmüdafiəçi keçirəcəyi mətbuat konfransında qərarını rəsmən açıqlayacaq.

Qarşıdakı 3 il ərzində İnyesta Çində çıxış edəcək. O, “Çuntsin Lifan”la müqavilə imzalayacaq.

Qeyd edək ki, Andreas “Barselona”da 2001-ci ildən çıxış edir. Geridə qalan müddətdə o, Kataloniya klubunun heyətində 31 kubok qazanıb.

Son xəbərlər