"Qəbələ"nin U-16 komandası çempion oldu

"Qəbələ"nin U-16 komandası çempion oldu
XƏBƏR 26 Aprel 2018 / 21:05 1534
-  A +

“Qəbələ” Futbol Akademiyası 2017/18 mövsümündə 2-ci titulunu qazanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 16 yaşadək futbolçulardan ibarət komanda AFFA-nın təşkil etdiyi “U-16 Liqası”nın çempionu olub.

“Qırmızı-qaralar” qızıl medalları XXIX turda rəsmiləşdirib. Evdə “Qarabağ”a 3:1 hesabı ilə qalib gələn “Qəbələ” turnirin sonuna 4 tur qalmış çempionluğu təmin edib. Keçirdiyi 26 matçda 20 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 69 qol vurub, 18-ni buraxıb. 64 xala malik “Qəbələ” ən yaxın izləyicisi “Vətən”i 14 xal qabaqlayır.

Bu, “Qəbələ”nin U-16 Liqasında 5-ci zəfəridir. Komanda 2012/13, 2013/14, 2015/16 və 2016/17 mövsümlərində də çempionluq sevinci yaşayıb. 2011/12 və 2014/15 mövsümlərində isə “qırmızı-qaralar” gümüş medala yiyələnib.

Xatırladaq ki, “Qəbələ” U-17 Liqasının da sonuna 4 tur qalmış çempionluğu təmin edib.


Son xəbərlər