"Kaş ki, bir yerdə oynayardıq" - Ronaldodan İbrahimoviçə

"Kaş ki, bir yerdə oynayardıq" - Ronaldodan İbrahimoviçə
DÜNYA FUTBOLU 26 Aprel 2018 / 13:02 4583
-  A +

Braziliya millisinin sabiq üzvü Ronaldo Zlatan İbrahimoviçin forma geyindiyi "Los-Anceles Qelaksi" klubunu ziyarət edib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, komandanın paltardəyişmə otağına daxil olan veteran futbolçu isveçli hücumçu ilə görüşüb. İbrahimoviçlə səmimi söhbət edən Ronaldo 36 yaşlı forvarda "Kaş ki, bir yerdə oynayardıq" deyib. Zlatan isə öz növbəsində əfsanəvi futbolçuya tərif yağdırıb.

Qeyd edək ki, İbrahimoviç əvvəlki açıqlamalarının birində Ronaldonun oyun tərzini çox bəyəndiyini və onu özünə kumir hesab etdiyini bildirmişdi.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord