"Şərtləri bizi qane etsə, Maksimovla davam etməyə hazırıq" - Zaur Axundov

"Şərtləri bizi qane etsə, Maksimovla davam etməyə hazırıq" - Zaur Axundov
ÖLKƏ FUTBOLU 26 Aprel 2018 / 11:48 3144
-  A +

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Qol.az-a müsahibə verib. Gündəmdəki əsas məsələləri dəyərləndirən Z. Axundov baş məşqçiləri Yuri Maksimovun komandadakı gələcək taleyi haqda da danışıb.

- Yuri Maksimova qədər və onun gəlişindən sonrakı "Keşlə"ni necə müqayisə edərdiniz? Ukraynalı müəxəssisin təyinatından sonra komandada nə dəyişib?

- Maksimov komandaya gələndə yeni futbolçular da transfer olundu. İndi komandanın oyun tərzi də dəyişib. Kollektiv şəkildə yaxşı oynayırlar və oyun keyfiyyəti getdikcə müsbətə doğru dəyişir.

- Komandanız ölkə kubokunda finala vəsiqə qazandı. Bu nəticəni gözləyirdinizmi?

- Açığı, çətin də olsa, komandamızın finala çıxacağına inanırdım. Qarşımızda 1 oyun qalıb. Həmin görüşdə də qalib gəlib kuboku qazanmaq istəyirik.

- Final oyunu rəqibin meydanında - Qəbələdə keçiriləcək. Buna münasibətinizi bilmək maraqlı olardıp...

- Təbii ki, neytral meydanda oynamaq daha yaxşı olardı. Lakin Peşəkar Futbol Liqası tərəfindən final oyununun Qəbələ şəhərində keçirilməsi barədə əvvəlcədən qərar qəbul olunub və biz də müvafiq qurumun qərarına əməl etməliyik.

- "Keşlə"də maddi durum sabitləşib?

- Bəli, klubda artıq maliyyə sabitliyi var. Kollektiv vaxtı-vaxtında əmək haqlarını alır. Maliyyə ilə bağlı hər hansı bir problem yoxdur.

- Əgər belədirsə, onda niyə Maksimov hər dəfə mətbuat konfransında bu məsələyə toxunur?

- Bu barədə heç nə deyə bilmərəm.

- Finala çıxdıqlarına görə futbolçulara vəd olunan mükafat verildi?

- Hələ ki, futbolçular mükafat almayıblar. Amma final oyununa qədər veriləcək.

- Maksimovun "Keşlə"dəki gələcək taleyi necə olacaq?

- Çempionatın matçları və kubokun final oyunundan sonra bu məsələ müzakirə olunacaq.

- Özü deyib ki, "Keşlə"də qalmaq məsələsini müzakirə edəcəyik. Yəqin ki, rəhbərlikdən müəyyən tələbləri olacaq. Bunları qarşılamağa hazırsınızmı?

- Hər bir məşqçinin müəyyən şərtləri və tələbləri olur. Bizi qane edəcək şərtlər və tələblər olarsa, Maksimovla davam etməyə hazırıq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın