"...Azərbaycanla oyunda qələbə qazanacağıq" - Stanimir Stoilov

"...Azərbaycanla oyunda qələbə qazanacağıq" - Stanimir Stoilov
ÖLKƏ FUTBOLU 26 Aprel 2018 / 10:15 2717
-  A +

"Vəziyyəti düzgün qiymətləndirmək, oyunçuları təhlil etmək və doğru taktikanı seçmək üçün vaxt lazımdır. Müsbət nəticə dərhal ola da bilər, olmaya da. Heç kim zəmanət verə bilməz ki, Azərbaycanla oyunda qələbə qazanacağıq. Bu görüşdə fəal hərəkət etməli və aqressiv şəkildə oyunumuza yeni şeylər qatmalıyıq. Yeni taktiki gedişlər axtarırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri  Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov deyib.

Millimizlə yoxlama oyunu keçirəcək yığmanın baş məşqçisi yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanla oyun qədər yığmaya yeni gənc futbolçular cəlb etməyə çalışacaq: "Azərbaycanla oyuna hələ bir aydan çox vaxt var. Çempionat oyunlarına baxmağa, düşünməyə davam edəcəyik. Əgər özünü yaxşı tərəfdən göstərən olsa, 1-2 gənc futbolçu çağırıb, oynatmaq istəyərəm”.

Qeyd edək ki, millimiz iyunun 5-i Qazaxıstanla Astanada yoxlama görüşündə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı