Londonda heç-heçə, "Marsel" qalib gəldi

Londonda heç-heçə, "Marsel" qalib gəldi
DÜNYA FUTBOLU 27 Aprel 2018 / 00:56 11211
-  A +

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, erkən final adlanan oyunda London “Arsenal”ı Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atlletiko”nu qəbul edib. 10-cu dəqiqədə azlıqda qalmasına baxmayaraq, Madrid klubu səfərdən sərfəli nəticə ilə dönməyi bacarıb. Qrizmannın qolu cavab oyunu öncəsi "Atletiko"ya üstünlük qazandıb.

Digər görüşdə isə turnirin sürpriz komandası sayılan “Zalsburq” Fransada “Marsel”in qonağı olub. Lakin Avstriya klubunun bu dəfə sensasiyaya gücü çatmayıb. Hər hissədə 1 qol vuran Fransa klubu qələbə qazanıb.


26 aprel

Avropa Liqası

Yarımfinalın ilk oyunları


“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1
Qollar:
Lakazet, 61 (1:0), Qrizmann, 82 (1:1)
Qırmızı vərəqə: Şime Vrsalko, 10 ("Atletiko")
Baş hakim: Klemen Turpin (Fransa)
London. “Arsenal” stadionu

“Marsel” (Fransa) – “Zalsburq” (Avstriya) - 2:0
Qollar:
Tauvin, 16, N`Jie, 63
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Marsel. “Velodrom” stadionu


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı