"Millidə çox nöqsan var" - Azər Məmmədov

"Millidə çox nöqsan var" - Azər Məmmədov
ÖLKƏ FUTBOLU 25 Aprel 2018 / 20:12 2295
-  A +

"Beynəlxalq oyun təcrübəsinin azlığına baxmayaraq, uşaqlar özlərini yaxşı tərəfdən göstərmək üçün çalışdılar. Ancaq oyun bir daha göstərdi ki, çox işləməliyik. Aradan qaldırılması vacib çox nöqsan var".

Qol.az-ın məlumatına görə, bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov deyib. Gənc mütəxəssis Antalya şəhərində təşkil olunmuş turnirdə Gürcüstan komandasına 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib:

"Gürcüstan yığması oyunu əsasən müdafiədən qursa da, oyun intizamı yüksək səviyyədə idi. Biz də bu baxımdan geri qalmırdıq, amma uşaqlarla işləmək üçün vaxta ehtiyac var. Milli komandada oynamağın necə məsuliyyətli və şərəfli olduğunu, harada olduqlarını tam dərk etməlidilər. Dediyim kimi, işimiz çoxdur, çalışmalıyıq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı