"Bavariya"da ciddi itkilər – 4 futbolçu oynamayacaq

"Bavariya"da ciddi itkilər – 4 futbolçu oynamayacaq
XƏBƏR 25 Aprel 2018 / 19:03 5940
-  A +

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda bu gün doğma meydanda “Real”ı qəbul edəcək “Bavariya” görüşə ciddi itkilərlə çıxacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Münhen klubunun heyətində Manuel Noyer, Arturo Vidal və Kinqsli Komandan sonra David Alabanın da Madrid təmsilçisinə qarşı oynamayacağı dəqiqləşib. Avstriyalı futbolçu əzələsindəki zədəyə görə prinsipial matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Bavariya” – “Real” oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması isə mayın 1-də keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi