Moskvada spirtli içki satılmayacaq - DÇ-2018-də

Moskvada spirtli içki satılmayacaq -  DÇ-2018-də
XƏBƏR 25 Aprel 2018 / 18:38 2351
-  A +

Yayda Rusiyada keçiriləcək dünya çempionatı zamanı paytaxt Moskvada alkoqollu içkilərin satışı məhdudlaşdırılacaq.

Qol.az-ın məlumatına görə, bu barədə Rusiyanın Regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə departamentinin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən akoqollu içkilərin satışı müəyyən yerlərdə məhdudlaşdırılacaq. Məhdudiyyət oyunlar keçirilən günlərdə tətbiq olunacaq. Oyunların keçiriləcəyi stadionlara yaxın iki kilometr məsafədə alkoqollu içkilərin satışına məhdudiyyət qoyulacaq.

Departamentdən o da bildirilib ki, Moskvada 12 oyunun keçirilməsi planlaşdırılır. "Spartak", "Lujniki" statdionları yaxınlığında və futbol azarkeşlərinin toplaşacağı  "Vorobyovi Qorı"dakı "Azarkeşlər festivalı" ətrafında alkoqollu içki satışına məhdudiyyət tətbiq olunacaq.  

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord