"Kəpəz" məşqləri bərpa etdi

"Kəpəz" məşqləri bərpa etdi
XƏBƏR 25 Aprel 2018 / 17:15 1035
-  A +

Topaz Premyer Liqasının 25-ci turunda “Qəbələ”nin qonağı olacaq “Kəpəz” bugündən qarşıdakı oyunun hazırlığına başlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Səbail”ə qarşı son çempionat matçından sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib.

“Sarı-göylər”in bugünkü məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub. Sabah Gəncəyə gedəcək “Kəpəz” əsas hazırlığı doğma şəhərdə keçirəcək.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı