"Fənərbaxça" - "Beşiktaş" derbisi ilə bağlı qərar verildi - qaldığı yerdən davam və...

"Fənərbaxça" - "Beşiktaş" derbisi ilə bağlı qərar verildi - qaldığı yerdən davam və...
GÜNDƏM 25 Aprel 2018 / 16:35 8485
-  A +

Türkiyə Futbol Federasiyası ölkə kubokunun  yarımfinal mərhələsində keçirilən "Fənərbaxça" - "Beşiktaş" cavab oyunu ilə bağlı qərarını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, təxirə salınan matçın qaldığı yerdən azarkeşlər olmadan davam etdirilməsinə qərar verilib.

Qarşılaşma mayın 3-ü davam etdiriləcək.

Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın