Salah "Liverpul"un tarixinə düşdü

Salah "Liverpul"un tarixinə düşdü
XƏBƏR 25 Aprel 2018 / 15:00 4449
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasında rekorda imza atıb.

Qol.az-ın xəbərinə görə, yarımfinal mərhələsinin “Roma” ilə ilk oyununda (5:2) dubl edən misirli hücumçu qitənin ən nüfuzlu klub turnirində bu mövsüm vurduğu qolların sayını 10-a çatdırıb.

Bununla da o,  ÇL-də bir mövsümdə ən çox qol vuran afrikalı futbolçu olub. Salahdan əvvəl bu rekord kamerunlu Samuel Etoya məxsus idi. O, 2010/11 mövsümündə “İnter”in heyətində 8 qola imza atmışdı.

Salah həmçinin, “Liverpul”un heyətində ÇL-in bir mövsümündə ən çox qol vuran futbolçu olub.

Son xəbərlər