Mahmudov və Sadıqlının sarı vərəqəsi ləğv edildi

Mahmudov və Sadıqlının sarı vərəqəsi ləğv edildi
GÜNDƏM 25 Aprel 2018 / 13:19 2944
-  A +

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqanın 24-cü turunda keçirilmiş oyunlarla bağlı müəyyən qərarlar qəbul olunub.

“Neftçi” – “Qəbələ” matçının 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub.  Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi Mahmudova verilən ikinci sarı vərəqəni ləğv edib.

“Keşlə” – “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi Sadıqlının sarı vərəqəsini ləğv edib.

“Sumqayıt” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov, məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə şəxslər cəzalanacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı